Ümumilikdə 300 min insanın təbii fəlakətdən zərər çəkdiyi bildirilir. Onların əksəriyyətinin təcili humanitar yardıma ehtiyacı var.
Dağıntılar altında sağ qalanların axtarışına hərbçilərlə yanaşı, yerli sakinlər də qoşulub. Silahlı qruplaşma üzvlərinin hücumları səbəbindən hərbçilərin hələ çata bilmədiyi xeyli bölgə olduğu üçün, ölənlərin sayının da artacağı istisna edilmir.
Pakistanın Fövqəladə Hallar Nazirliyi isə xarici ölkələrin köməyinə ehtiyacın olmadığını, axtarış-xilasetmə işlərində yerli qüvvələrdən istifadə ediləcəyini bəyan edib.
Moderator.az




































































































