Ələkrəm Hümbətov Qarabağdadır

Hazırda oxunan: Ələkrəm Hümbətov Qarabağdadır

34404

 Dağlıq Qarabağ bölgəsinə gedən separatçı talış birliyinin başçısı Ələkrəm Hümbətov Xankəndidə “parlament sədri” Aşot Qulyanla görüşüb.

 “Media forum” saytının məlumatına görə, Ələkrəm Hümbətov deyib ki, talış xalqı milli dövlətini qurmaq arzusundadır və onun yaratdığı Talış Milli Hərəkatı bu arzunun həyata keçməsi ilə məşğuldur.

 Bundan əvvəl Ermənistanın paytaxtında olan separatçı sentyabrın 24-də Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasında talışşünaslıq proqramının açılışında iştirak edib.

 Ã–tən əsrin 90-cı illərində Azərbaycanda dövlətə xəyanətə görə məhkum olunmuş Ələkrəm Hümbətov Hollandiyada yaşayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin