Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölüm sayə artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Dünən COVID-19 qurbanlarının sayı 217 nəfər olduğu halda, bu rəqəm bu gün 257 nəfərə çatıb.
MÖVZU İLƏ BAĞLI:
Dünyada koronavirusla bağlı SON STATİSTİKA
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 297 068 nəfər test edilib, onların 19 616-nın koronavirus testi pozitiv nəticə verib, 15 205 (dünən 15 833) nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 91 747 545 peyvənd tətbiq edilib ki, bunun 76,12 faizi birinci mərhələ vaksinasiya olunanlardır.
Bizim.Media