Fransa Kabildəki səfirini təxliyyə edəcək.
Bizim.Media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İrlandiyanın paytaxtı Dublində səfərdə olarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Kabildə aeroport yaxınlığında partlayış oldu - VİDEO
O bildirib ki, Kabildəki Həmid Qərzai Beynəlxalq Hava Limanı ətrafında baş verən partlayışların ardından bölgədə təhlükəsizlik məsələsi gərgindir:
“Vəziyyətlə əlaqədar amerikalı müttəfiqlərimizlə əməkdaşlıq edirik. Kabildəki səfirimizi də təxliyyə edəcəyik. O, hələlik işlərini Parisdən idarə edəcək”.
Bizim.Media