Bir ay əvvəl Türkiyənin sosial şəbəkələrində məlumatlar yayılmışdı ki, guya Türkiyə Efiopiyaya bir qrup pilotsuz uçan aparat göndərib.
Bizim.Media xəbər verir ki, Türkiyənin Efiopiyadakı səfirliyi isə bu informasiyaları təkzib edib.
Xatırladaq ki, Efiopiya başçısının Türkiyəyə səfərindən bir gün sonra sosial şəbəkələrdə Efiopiyanın istəyi ilə Türkiyənin “Bayraktar TB-2” və ANKA-S pilotsuz təyyarələrini Afrika ölkələsinə tədarük etməsi ilə bağlı xəbərlər çıxmışdı.
MÖVZU İLƏ BAĞLI:
“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?
Həmçinin, iyul ayında mütəxəssislər qeyd etmişdilər ki, Türkiyə və Azərbaycandan Efiopiyaya hava xətti ilə yükdaşımanın aktivliyi çoxalıb.
“Təbliğatçının vicdanı” Telegram kanalı isə yazmışdı ki, yeni hücum dronlarının sınaqdan keçirildiyi Türkiyənin Tekirdağından Efiopiyanın “Harar Meda” hərbi hava limanına “Ethiopian Cargo”nun uçuşları həyata keçirilib.
Bizim.Media