Yaponiyadan ABŞ peyvəndinə ETİRAZ

Hazırda oxunan: Yaponiyadan ABŞ peyvəndinə ETİRAZ

34333

Yaponiya Səhiyyə Nazirliyi ABŞ əczaçılıq şirkəti olan "Moderna” tərəfindən hazırlanan koronavirus peyvəndinin istifadəsini dayandırıb.

Bizim.Media Qərb mediasına istinadən xəbər verir ki, buna səbəb peyvəndin içəriyində insan orqanizmi üçün zərərli olan bir sıra maddələrin aşkar edilməsi olub.

Yaponiya buna görə, 1 milyon 630 min dozanın istifadəsini dayandırıb.
 

Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, hələlik bu peyvənddən istifadə edənlər arasında hansısa bir sağlamlıq probleminə rast gəlinməyib. Amma buna baxmayaraq, peyvəndin tərkibinin konkret bəlli olmaması nazirliyin belə bir addım atmasına səbəb olub.


Qeyd edək ki, Yaponiyada COVİD-19-a yoluxanlar ümumi sayı 1 milyon 368 min 822-ə çatıb. Epidemiyanın başlanmasından bu yana bu ölkədə 15 min 770 nəfər həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin