Koronavirusun yeni SİMPTOMLARI

Hazırda oxunan: Koronavirusun yeni SİMPTOMLARI

34305

 “Koronavirusun yeni ştammlarının ortaya çıxması səbəbindən onun klinik mənzərəsi daim dəyişir”.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı lenta.ru saytı rusiyalı infeksionist Oksana Staneviçə istinadən yayıb.

Mənbə bildirir ki, indi COVID-19-un əlamətləri ishal, ürəkbulanma, qusma və qarın ağrısı kimi qastroentrit simptomlarıdır.

Həkimin sözlərinə görə, koronavirus xəstəliyinin başlanğıcında xəstələr bu əlamətlərin olduğunu deyirlər.

“Əksər hallarda xəstələr bunun koronavirus olmadığını, adi bağırsaq infeksiyası olduğunu düşünür və səhv müalicə etməyə başlayırlar. Xəstə qusma və ishal nəticəsində çoxlu maye və elektrolit itirir. Çox vaxt belə xəstələr xəstəxanaya orqanizmin çoxlu su itirmiş vəziyyətində daxil olurlar”, - deyə mütəxəssis bildirib.
 

O vurğulayır ki, isti havalarda xəstələrə nəzarət etmək daha çətindir, çünki bədənin susuz qalması səbəbindən böyrəkdə ciddi problemlər yarana bilir.


Bu kimi ağırlaşmalar ambulator mərhələdə antiviral dərman qəbul edən insanlarda da müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin