Əlikram Hümmətov Ermənistana gedib

Hazırda oxunan: Əlikram Hümmətov Ermənistana gedib

34268

1993-cü ildə Azərbaycanın cənub ərazisində “Talış-Muğan Respublikası” elan edən Əlikram Hümmətov İrəvana gedib. Moderator.az-ın ANS PRESS-ə istinadən  məlumatına görə, bu barədə Ermənistanın "armtoday.info" saytı məlumat yayıb. 

Səfərin məqsədi İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında “talışşünaslıq” proqramının açılış mərasimində iştirak və çıxış etməkdir. Ə. Hümbətovun görüş çərçivəsində Ermənistanın elmi və ictimai-siyasi dairələri ilə görüşlər keçirəcəyi və Dağlıq Qarabağa gedərək “Arsax Universiteti”ndə mühazirə oxuyacağı bildirilir.

Xatırladaq ki, 1993-cü ildə Azərbaycanın cənubunda “Talış-Muğan Respublikası” elan etdikdən sonra, bir müddət həbsdə qalıb və vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin