Türkiyə öz hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-ın İŞİD xəbərdarlığı - Azərbaycan üçün yeni TƏHLÜKƏ
Nazirliyin açıqlamasında bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığı qeyd edilir.
Qeyd edək ki, bu günə qədər Əfqanıstandan 1 129 Türkiyə vətəndaşı təxliyə edilib. Xatırladaq ki, Türkiyə hərbçiləri Silahlı Qüvvələri 2002-ci ildən etibarən Əfqanıstanda xidmət edir.
Bizim.Media