Krasnodar vilayətində "Su-25" hərbi təyyarəsinin
qəzaya uğramasının səbəbləri müəyyənləşdirilənə qədər cənub hərbi dairəsində
uçuşlar dayandırılıb.
Moderator.az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə,
bununla bağlı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda
bildirilir ki, qəzaya uğrayan təyyarənin paraşütlə atılan pilotunu tapılması
istiqamətində araşdırmalar davam edir.
Hərbi Hava Qüvvələri və Cənub hərbi dairəsinin
Hava Hücumundan Müdafiə komandanlığına aid olan təyyarənin sentyabrın 23-də
Krasnodar vilayətində tədris təlim uçuşu yerinə yetirdiyi zaman
Primorsko-Axtarsk aerodromundan 49 kilometr şimal-şərqdə idarəetməni itirdiyi
bildirilir.
Məlumata görə, pilot təyyarəni yaxınlıqdakı
yaşayış məntəqəsindən uzaqlaşdırdıqdan sonra paraşütlə tullanıb. Baş verən
hadisəni araşdırmaq üçün Rusiya Hərbi Hava Qüvvələrinin xüsusi komissiyası
yaradılıb.
Qeyd edək ki, 1975-ci ildə ilk uçuşunu həyata
keçirən "Su-25" qırıcı təyyarəsi Rusiya Hərbi Hava Qüvvələrinin və
Rusiya Hərbi Dəniz Donanması aviasiyalarının əsas hücumçusudur və dünyanın 20
ölkəsinin ordularının silahlanmasına daxil edilib.

- A-
- A
- A+
Dünya
09:31 / 24.09.2013
Döyüş təyyarəsi qəzaya uğradı
Hazırda oxunan: Döyüş təyyarəsi qəzaya uğradı
Hazırda oxunan: Döyüş təyyarəsi qəzaya uğradı
34243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































