Əfqanıstan müqavimət ordusunun lideri Əhməd Məsud döyüşçülərinin Taliban əleyhinə müqaviməti dayandırmayacaqlarına bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.
"Mübarizəni dayandırmayacayıq. Pəncşirdə hər şey yenidən başlayır", - o qeyd edib - "Təslim olmaqdan söhbət gedə bilməz”.
O, "Taliban"la danışıqların mümkünlüyünü istisna etməyib:
"Danışıqlar mümkündür. Bütün müharibələr zamanı danışıqlar aparılır. Bununla belə təslim olmaq tamamilə fərqlidir. Yenə də deyirəm: nə mən, nə də tabeliyimdə komandirlər təslim olmayacaq”.
Məsud ABŞ-ı tənqid edib:
"Onların tarixi səhvini unuda bilmirəm. Səkkiz gün əvvəl onlardan silah istədim, rədd cavabı aldım. İndi Amerika istehsalı olan silahlar, toplar, helikopterlər, tanklar taliblərin əlindədir”.
Bu arada KİV-lər yazır ki, Məsud Rusiyadan kömək istəyir. Bu barədə o, RBK-yə müsahibəsində bildirib.
Müqavimət liderinin fikrincə, siyasi vəziyyət Moskvanın köməyi olmadan həll edilə bilməz. (virtualaz.org)
Bizim.Media