Quantanamo həbsxanasında məhbus həyatı yaşayan Abdul Qayum Zakir Taliban hərəkatının rəhbərliyi tərəfindən ölkənin müdafiə naziri təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə hərəkatın mənbələrinə istinadən Əl Cəzirə telekanalı məlumat yayıb.
Zakir döyüş tapşırıqlarını yerinə yetirən və radikal döyüşçülərə rəhbərlik edən Talibanın əsas səhra komandirlərindən biridir. ABŞ və Qərbin Əfqanıstanda hərbi əməliyyatları başladıqdan sonra (2001-2014) hərəkatın tərəfindən döyüşlərdə iştirak etməyə başlayıb. Amerikalı əsgərlər onu tutub Baqram bazasında saxlayıblar, oradan Guantanamoya köçürüblər.
TASS xəbər verir ki, Zakir sərbəst buraxıldıqdan sonra yenidən "Taliban"a qoşulub.
Çərşənbə axşamı günü hərəkat bir neçə nazirlik və idarəyə müvəqqəti olaraq rəhbər təyin edib. Pajvok agentliyinə görə, Sadr İbrahimi daxili işlər naziri, Gül Ağa maliyyə naziri, Nəcibullah kəşfiyyat xidməti rəhbəri vəzifəsini yerinə yetirəcək. Bundan əlavə, hərəkat öz nümayəndələrini təhsil naziri, Kabil şəhərinin qubernatoru vəzifələrinə təyin edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:09 / 25.08.2021
Taliban keçmiş Guantanamo məhbusunu müdafiə naziri təyin etdi
Hazırda oxunan: Taliban keçmiş Guantanamo məhbusunu müdafiə naziri təyin etdi
Hazırda oxunan: Taliban keçmiş Guantanamo məhbusunu müdafiə naziri təyin etdi
34187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.