Əfqan qaçqınlar Avropa Birliyinə mühacirət etmək üçün Polşa sərhədlərini qanunsuz olaraq pozmağa başlayıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Litvanın Belarusla sərhədlərini gücləndirməsindən sonra əfqanlar Polşa ilə sərhəddə üz tutublar.
Vəziyyətin bu cür inkişaf etməsində isə, Polşa tərəfi Rusiyanı günahlandırır.
Belə ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak sərhəddə baş verən böhrana görə Belarusu və Kreml arasındakı oyunun nəticəsi olduğunu öz tvitter hesabında yazıb.
Polşa tərəfinin iddiasına görə, qanunsuz miqrantlar daha əvvəl Litva marşurutu ilə Avropaya doğru hərəkət edirdilər. Lakin son hadisələrdən sonra Litvanın Belarusla sərhədləri gücləndirməsi səbəbindən əfqanlar Polşa ilə sərhəddə yönəlib. Nəticədə isə sərhədi keçməyə çalışan 80 əfqanı Polşanın güc strukturları saxlayıb və Belarusa qaytarmaq istəyib.
Lakin Belarus tərəfi də miqrantların geri qaytarılmasına razılıq verməyib.
Məsələyə münasibət bildirən Belaruslu politoloq Yuri Şevtsov isə əfqanların digər qaçqınlardan daha inadkar davranmasını əsas gətirərək, onların qarşısını almağın İraq və Afrika miqrantlarından daha çətin olduğunu bildirib.
Məlumatda eyni zamanda avqust ayı ərzində Əfqanıstandan gələn 2000 miqrantın Polşa sərhədlərini qanunsuz keçdiyi qeyd olunub.
Murad Əhmədov, Bizim.Media