Rusiyada azərbaycanlı həmkəndlisi tərəfindən öldürüldü

Hazırda oxunan: Rusiyada azərbaycanlı həmkəndlisi tərəfindən öldürüldü

0:00
0:00
34115

Rusiyada azərbaycanlı bıçaqlanaraq qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, hadisə Moskva şəhərində yerləşən "Fud siti" bazarında qeydə alınıb.

Öldürülən şəxsin Şəmkir rayonun Yeni Həyat kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Rasim Rüfət oğlu olduğu bildirilib.

Araşdırma zamanı məlum olub ki, 30 yaşlı R.Quliyevi həmkəndlisi 28 yaşlı Həsənov Sabir Camal oğlu qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən R.Quliyev ailəli idi, 3 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin