Əlcəzair Mərakeşlə diplomatik əlaqələrə son qoydu

Hazırda oxunan: Əlcəzair Mərakeşlə diplomatik əlaqələrə son qoydu

34079

Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra ölkəsinin Mərakeşlə diplomatik əlaqələri kəsmək qərarına gəldiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib. 

Ramtan Lamamra əlavə edib ki, Mərakeş Əlcəzairə qarşı "düşmənçilik hərəkətləri" nümayiş etdirir. 
 

MÖVZU İLƏ BAĞLI:

Əlcəzair Fransanın cinayətkar hesab edilməsi üçün kampaniyaya başladı


Əlcəzair və Mərakeş arasındakı fikir ayrılığı Şimali Afrikada mübahisəli ərazi olan Qərbi Sahara problemi ilə bağlıdır. 

19-cu əsrin sonunda Afrikanın müstəmləkə bölgüsü zamanı ərazi İspaniyaya keçib. Mərakeş müstəqillik qazandıqdan sonra Qərbi Saharaya iddia irəli sürüb.

1975-ci ildə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi ərazinin heç bir dövlətə aid olmadığı qənaətinə gəlib. 

2020-ci il noyabrın 14-də Mərakeş Qərbi Saharanı birləşdirmək üçün hərbi əməliyyata başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin