Ukraynalı deputat: “Ermənistan Qarabağda vandalizm aktı ilə tarixi məhv edib"

Hazırda oxunan: Ukraynalı deputat: “Ermənistan Qarabağda vandalizm aktı ilə tarixi məhv edib"

34071

“Ukrayna hər zaman Azərbaycanın dostu olub və ərazi bütövlüyünü dəstəkləyib”. 

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın hakim partiyasının üzvü, deputat Volodimir Kreydenko bildirib. 

Siyasətçi Azərbaycan və Ukrayna arasında tarixən dostluq əlaqələrinin mövcudluğundan danışarkən qeyd edib ki, gələcəkdə bu əlaqələr daha da güclənəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynalı deputat Azərbaycan-Ukrayna dostluğundan yazdı - FOTO


"Ukrayna hər zaman Azərbaycanın dostu olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bizim vətəndaşlar nadir hallarda Azərbaycana gəlir. Bunu təbliğ etmək və səfər qiymətlərini aşağı etmək lazımdır.

Düşünürəm ki, Qarabağa səfər təşkil olunsa, Ukrayna vətəndaşları arasında oraya gəlmək istəyənlər çox olacaq.” Deputat Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və işğaldan azad olunan ərazilərdə tarixi abidələrin dağıdılmasından da söz açıb:  

“Gec də olsa ədalət qələbə çalır və haqq öz yerini tapır. Bu tarixi zəfər haqqın öz yerini tapmasının ən bariz nümunəsidir.

Bundan sonrakı prosesdə hər kəs Azərbaycanın öz tarixi torpaqlarını necə bərpa etdiyini görəcək. Bəlkə də abidələri bərpa etmək olar, ancaq tarixi bərpa etmək çətindir. Ermənistan Qarabağda törətdiyi vandalizm aktı ilə tarixi məhv edib. Bu səbəbdən də tarixi abidələrin dağıdılması qəbuledilməzdir”. (report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin