ABŞ Çində koronavirusun mənbəyini niyə indi tapdı? - TƏZAD

Hazırda oxunan: ABŞ Çində koronavirusun mənbəyini niyə indi tapdı? - TƏZAD

34038

Son həftələrdə ABŞ kəşfiyyatının koronavirusun mənşəyi ilə bağlı ciddi faktlar aşkarladığı ilə bağlı xəbərlər gəlməkdədir. Belə ki, son olaraq mövzu ilə bağlı hesabatın artıq hazır olduğu və ABŞ Prezidenti Co Baydenə təqdim ediləcəyi bildirilib.

Qeyd edək ki, avqustun əvvəllərində Birləşmiş Ştatlar kəşfiyyatının koronavirusun hazırlandığı iddia edilən Uhandakı laboratoriya ilə bağlı ciddi faktlar əldə etdiyi ilə bağlı xəbərlər mətbuatda öz əksini tapmışdı.

Eyni zamanda, məlumatda həmin sübutların pandemiyanın başlanğıcından bir neçə ay öncə, 2019-cu ilin sentyabrında açıq resurslardan silindiyi bildirilirdi.

Lakin covidin mənşəyi ilə bağlı ortaya atılan iddiaların hamısı heç də bu yöndə deyil. Belə ki, təkcə Çin tərəfi yox, eyni zamanda bir sıra ölkələrin mətbuatında virusun 2019-cu ilin yayında Uhana məhz okeanın o tayından gətirildiyi ilə bağlı xəbərlər də dərc olunub. 
 

Çin tərəfi günahı ABŞ-ın üzərinə yıxmağa çalışsa da, daha əvvəl bu iddia müzakirə mövzusu belə deyildi. Belə ki, rəsmi Pekin koronanın yarasadan insanlara keçdiyi fikrini qətiyyətlə müdafiə edirdi.


Lakin, xüsusilə də, Donald Trampın “Çin virusu” açıqlamasının ardından rəsmi Pekinin cavab tədbirlərinin məntiqi nəticəsi olaraq covidin ABŞ-ın başının altından çıxdığı iddiaları ortaya atılmağa başlandı.

Baş verənlərə isə dünya ictimaiyyətinin hansı reaksiyanı verəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı həkimdən çağırış – "Peyvənd problemin həlli üçün çıxış yollarından biridir” - VİDEO 


Lakin məsələnin siyasiləşdiriləcəyi açıq-aydın görünür. Xüsusilə də, pandemiyadan ciddi zərərlə çıxmış ölkələrin günahkar axtaracağını söyləmək olar. ABŞ və müttəfiqlərinin nəticələrə uyğun olaraq, Çinə qarşı beynəxalq məhkəmələrdə təzminat tələbi ilə çıxış edəcəyi və sanksiayalar tətbiq edəcəyini ehtimal etmək olar. Çin - ABŞ rəqabətində neytral mövqe tutmağa çalışan ölkələrin bir çoxu da iqtisadiyyatına dəymiş ziyanın ödənilməsi üçün hərəkətə keçə bilərlər.

Buna baxmayaraq, ölkələrin mətbuatında dərc olunan xəbərlərə nəzər salmaqla onların məsələ ilə bağlı mövqeyini az-çox anlamaq olar.
 

Qərb mətbuatı məsələdə Çini günahlandıran teoremlərə daha çox yer verib. Neytral ölkələrin də bu ideyaya nisbətən yatqın olduğu müşahidə olunur. Eyni zamanda rəsmi Pekinin qəti mövqe sərgiləməməsi də bunu yaradan səbəblərdəndir.


Ümumilikdə isə, son həftələrdə okeanın o tayında virusun mənşəyi ilə bağlı intensiv olaraq informasiyaların tirajlanması yaxın günlərdə dünyanı silkələyəcək ittihamların ilkin siqnallarını indidən verir. Amma hamını maraqlandıran bir sual var – ABŞ koronavirusun mənbəyini Çində niyə məhz indi tapdı? 

Görünən odur ki, getdikcə COVİD-19 pandemiyasının kifayət qədər siyasi motivlərə bağlı olduğu üzə çıxmağa başlayır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin