Kamran sələmçidən 2 milyon aldı, sonra başını əzib öldürdü - DETALLAR

Hazırda oxunan: Kamran sələmçidən 2 milyon aldı, sonra başını əzib öldürdü - DETALLAR

33975

Rusiyanın Ulyanovsk şəhərindəki Cihazqayırma Zavodunun keçmiş işçisi pensiyaya çıxandan sonra illərlə işləyib yığdığı pulları sələmə verərək çoxaltmaq istəyib. Lakin sələmçilik fəaliyyəti onun xüsusi qəddarlıqla öldürülməsi ilə nəticələnib. Sələmçi-pensiyaçını qətlə yetirən isə azərbaycanlı meyvə-tərəvəz alverçisi Kamran S.-dir. 

Bizim.Media xəbər verir ki, bu hadisə haqda Ulyanovsk regional KİV-ləri yazır.

Bildirilir ki, öldürülən sələmçi Oleq Kim bütün ömrü boyu Ulyanovsk Cihazqayırma Zavodunda işləyib, çox xəsis və qənaətcil olub.

Qohumları deyir ki, nadir hallarda evə ərzaq alıb, həmişə eyni paltarı geyinib.

Qənaət etdiyi pulları bank hesabına yığıb, 2018-ci ildə pensiyaya çıxanda yığdıqları pulları artırmağın yeni yolunu tapıb. Qərara alıb ki, özü “bank” olsun və pullarını daha yuxarı faizlə sələmə versin.

Azərbaycanlı Kamran S. isə şəhərdə kiçik meyvə-tərəvəz köşkü işlədirdi, kreditlərə və mikrokreditlərə çıxışı yox idi.

Çünki borc götürsə geri qaytara bilməzdi, onun köşkdən qazancı cüzi idi. Ötən ilin avqustunda Kamranın yeni daimi alıcısı meydana çıxır. Oleq dükana tez-tez baş çəkir. Və günlərin birində işləri yaxşı getməyən ticarətçiyə borca pul təklif edir. Əvvəlcə 600 min rubl borc verir, bir neçə ay sonra isə Kamran avtovağzalın yanında yeni meyvə-tərəvəz pavilyonu almaq üçün daha 2 milyon rubl pul götürür. Faizləri ilə birlikdə o, sələmçiyə cəmi 4 milyon rubl verməli idi.

Borc müqaviləsi bağlanır və artıq dekabr ayında Kamran aylıq ödəməni gecikdirməyə başlayır.

Oleq nəzakətlə, amma israrlı şəkildə borcunu istəyir. Kamran onu inandırır ki, pulu verəcək və sələmçini guya pulları başqalarının görməməsi üçün sayıb vermək üçün onu qarajın arxasına aparır. Oleq ehtiyatlı adam olsa da bu dəfə ehtiyatı əldən verir və Kamranla birlikdə kimsəsiz əraziyə yollanır. Müstəntiqlərin bildirdiyi kimi, orada Kamran əvvəlcədən hazırladığı mismarçıxaranla sələmçinin başına dalbadal zərbələr endirir. Oleq yerə yıxılır, bu dəfə Kamran onun başına təpiklərlə və üstündə mismar olan taxta parçası ilə zərbələr endirir.
 

Müstəntiqlər Kamranın izinə tez düşüblər. Oleq evdən çıxanda arvadına hara getdiyini deyibmiş. Kamran dindirmədə günahını qismən etiraf edib, bildirib ki, guya sələmçini öldürmək niyyəti olmayıb. 


Hazırda Kamran təcridxanada saxlanılır. İttiham üzrə onu ömürlük həbs gözləyir. Ötən gün avqustun 23-də məhkəmə andlılar kollegiyasını seçib, bu gün isə zərərçəkənin arvadını dindirəcək (virtualaz.org)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin