BMT: “Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür”

Hazırda oxunan: BMT: “Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür”

33931

“Bu gün Yəməndə 11,3 milyonu uşaq olmaqla 21 milyona yaxın insanın sağ qalması üçün humanitar yardıma ehtiyacı var”. 

Bizim.Media xəbər verir ki, bunu BMT Uşaq Fondunun (YUNİSEF) icraçı direktoru Henrietta For deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Yəməndəki hava limanında partlayışda 27 nəfər ölüb - YENİLƏNİB


Onun sözlərinə görə, Yəməndə 2, 3 milyon uşaq yetərincə qidalanmır və 5 yaşadək təxminən 400 000 uşaq qida çatışmazlığından əziyyət çəkir: 

“Onlar ölümlə üz-üzədirlər. Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür”. 

Henrietta For bildirib ki, bu il 1,6 milyon uşaq zorakılıq nəticəsində yaşadığı evləri tərk etməyə məcbur olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin