Əfqanıstandakı qüvvələr KİMİN əlinə oynayır? - "Şimal alyansı" Talibana qarşı

Hazırda oxunan: Əfqanıstandakı qüvvələr KİMİN əlinə oynayır? - "Şimal alyansı" Talibana qarşı

33905

Talibanın Əfqanıstanda mərkəzi hakimiyyəti ələ keçirməsinə baxmayaraq, ölkə ərazisində bütövlükdə iqtidarı təmin etməyə hələlik nail ola bilməyib. Belə ki, taliblərə qarşı baş qaldıran hərəkat getdikcə daha da böyüməkdədir. Anti-Taliban qüvvələrinə isə Əfqanıstanın keçmiş müdafiə naziri, xalq arasında “Pənçşir aslanı” adlandırılan Əhməd Şah Məsudun oğlu Əhməd Məsud başçılıq edir.

Belə ki, taliblərin bütün təslim olma çağırışlarına məhəl qoymayaraq mübarizəni davam etdirən Əhməd Məsud toqquşmalarda uğur qazanmağa da nail olub. Belə ki, “Aslanın oğlu” Talibanın ilk hücumlarını dəf etməyi və düşməninə ciddi zərbə vurmağı bacarıb. 
 

İlk dövrlərdə müqavimətçilərin Taliban qarşısında uğur qazanması inandırıcı görünməsə də, qısa müddət ərzində vəziyyət kökündən dəyişib. 


Artıq Əhməd Məsudun “Şimal Alyansı”nın taliblərə qarşı uğur qazanmasına inam yaradan bir sıra faktorlar meydana gəlib.

Birincisi, Şah Məsudun uzun müddət əvvəl vəfat etməsinə rəğmən ölkəsində hələ də böyük hörmətlə yad edilir. Buna görə də, əfqan xalqı Talibana qarşı atasının yolundan gedən Əhməd Məsudda dəstək göstərir.

İkincisi, Əfqanıstan ordusunun Talibana güllə atmadan təslim olmasına baxmayaraq, minlərlə kiçik rütbəli zabit və əsgərlər bununla barışmayaraq Pənçşirə üz tutaraq Əhməd Məsudun qüvvələrinə qatılıb.

Üçüncüsü, Əfqanıstanın bir sıra nüfuzlu şəxsləri də Məsudun yanında yer alıb. Bunlara ölkənin keçmiş vitse prezidentləri Rəşid Dostum və Əmrullah Saleh də aiddir.

Dördüncüsü, Taliban siyasətindəki uyğunsuzluq da Əhməd Məsuda inamı xeyli artırıb. Belə ki, taliblərin ideologiyasının hazıki dünya reallığı ilə ziddiyət təşkil etməsi, eyni zamanda qruplaşmanın vahid mərkəzləşməsinin olmaması və yeritdiyi siyasətdəki qeyri-müəyyənlik onların hakimiyyətdə uzun müddət qala bilməyəcəyini deməyə əsas verir.

Vəziyyətin bu cür hal alması isə, Məsuda ölkə daxilində ciddi dəstəyin olduğunun göstəricisidir. Lakin Şah Məsudun oğlunun yalnızca daxildən gələn yardımlarla ölkədən kənarda böyük dəstək qazanan Talibana qarşı uğur qazanaması ehtimalı elə də böyük deyil. Mövcud reallığı dərk edən Məsud da Qərbdən yardım istədiyini dilə gətirib.

Məsudun bu çağırışına isə, okeanın o tayından müsbət cavab gələcəyini gözləmək olar.

Çünki, Talibanın hakimiyyətə gəlməsi ilə bölgədəki nüfuzunu itirən və Əfqanıstan kimi mühüm strateji nöqtəni əsas rəqiblərinin ixtiyarına buraxmaq istəməyən ABŞ “Şimal Alyansı” kimi böyük potensialı olan qüvvəni dəstəkləyə bilər. Eyni zamanda bu Vaşinqton üçün də sərfəli olardı. Çünki sözügedən variant ABŞ-a regionda hərbi qüvvə saxlamaqdan dəfələrlə ucuza başa gələcək.
 

Lakin nəzərə alınmalı olan bir sıra vacib məqamlar da var. Belə ki, Talibanın özünün də Qərbin proyekti olduğunu iddia edənlərin sayı kifayət qədərdir və görünür, ABŞ İŞİD-lə olduğu kimi “kontrol”undan çıxan Talibanı yerinə oturtmaq üçün başqa qüvvəni meydana sürəcək.


Eyni zamanda Əhməd Məsudun özünün də Əfqanıstana məhz Vaşinqtonla anlaşaraq gəldiyi variantını da irəli sürənlər var.

Burdan isə belə nəticəyə gəlmək olar ki, ABŞ Əfqanıstandan çəkilmədən öncə gələcəklə bağlı bütün planlarını hazır edib. Yəni bölgədə baş verənlər ABŞ-ın yeni leyihəsinin ilk təzahürləridir.
 

MÖVZU İLƏ BAĞLI:

“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?


Bəzi ekspertlərin fikirncə, bütün məsələlərə sentyabr ayında aydınlıq gələcək. Burada 11 sentyabr ABŞ-ın vədə günü xüsusi rol oynayacaq.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin