“Boris Yeltsin insan rüsvayçılığının simvoludur” - Yeltsinin əmisi nəvəsi

Hazırda oxunan: “Boris Yeltsin insan rüsvayçılığının simvoludur” - Yeltsinin əmisi nəvəsi

33865

SSRİ-nin qurucusu Vladimir Lenin və Rusiyanın ilk prezidenti Boris Yeltsin əxlaqi xüsusiyyətlərinə görə antipodlardır. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ura.ru saytı Yeltsinin əmisi nəvəsi, təqaüdçü Stanislav Qlebova istinadən yayıb.

"Lenin mütərəqqi dünya fəlsəfəsini tətbiq etdi, Yeltsin ona həvalə edilən hakimiyyəti çökdürdü. Üstəlik, Yeltsinin əxlaqi xarakteri insan rüsvayçılığının simvoludur”. Rusiyanın ilk Prezidentinin qohumu belə hesab edir.

O, hələ də onların ümumi vətənində, Yekaterinburq yaxınlığındakı Budka kəndində yaşayır.

Qlebovun sözlərinə görə, Yeltsinin bir rəhbər kimi yaxşı niyyətləri olub və Rusiyaya firavanlıq arzulayıb:

“Ancaq bunu həyata keçirmək mümkün olmayıb, çünki indi görürük ki, mülkiyyət təbəqələşməsi Qərb dünyasının uğurlu ölkələrindən fərqli olaraq bizdə daha çoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin