Almaniyada koronavirusun 4-cü dalğası tüğyan etdiyi bir vaxtda vəziyyət günbəgün daha da ağırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın Mangeym Universitetinin türk professor Anıl İlərigedər öz “tweeter” hesabından etdiyi paylaşımda detallı məlumat verib.
Belə ki, elm adamı ölkədə günlük yoluxma sayının 6-8000 aralığında olduğunu, eyni zamanda ölüm sayının 5-15 nəfər təşkil etdiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
Pandemiya dərman idxalını kəskin artırıb - STATİSTİKA
Türk professor virusa ən çox yoluxanların isə 20-24 yaş arası gənclər olduğunu bildirib.
Ölkədə COVİD-19 səbəbindən xəstəxanaya yerləşdirilən əhalinin orta yaş həddi 77-dən 48-ə düşüb. Bunların 95%-i isə vaksin olunmayan şəxslərdir.
Bizim.Media