Amerika ordusu Əfqanıstana qayıtmağa hazır olmalıdır.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Donald Tramp bildirib.
Belə ki, Tramp məcburiyyət qarşısında qaldıqda Əfqanıstana yenidən hərbi müdaxilənin mümkünlüyünü bildirib. O, hazırkı dövlət başçısı Baydeni ABŞ ordusunu rəzil etməkdə günahlandırıb.
MÖVZU İLƏ BAĞLI:
Trampdan koronavirus AÇIQLAMASI – “Labaratoriyada yarandığını deyəndə haqlı idim”
Həmçinin, Tramp Əfqanıstan prezident Əşrəf Qanini fırıldaqçı adlandıraraq, onun külli miqdarda pulla ölkədən qaçdığını bəyan edib.
Qeyd edək ki, Ağ Evin keçmiş sahibi Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsində Baydeni əsas günahkar hesab etdiyini dəfələrlə dilə gətirib.
Bizim.Media