“General Motors” 73 min elektromobilini geri çağırır - SƏBƏB 

Hazırda oxunan: “General Motors” 73 min elektromobilini geri çağırır - SƏBƏB 

33763

ABŞ-ın “General Motors” avtomobil şirkəti 73 min avtomobili geri çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi xəbər yayıb. 

Bunlar 2020 - 2022 model elektrikli avtomobillər “Chevrolet Bolt EV”, “EUV” və 2019-cu ildə istehsalı olan “Bolt EV” modelləridir. 

Buna səbəb isə avtomobillərin batareyalarında yanğına səbəb ola biləcək iki qüsur aşkarlanmasıdır. Bundan başqa avtomobillərin satışı da qeyri -müəyyən müddətə dayandırılıb. 

Şirkət dəymiş zərərin miqdarını 1 milyard ABŞ dolları civarında qiymətləndirib. Bu səbəbdən də“GM” dəyən ziyanı batareya təchizatçısı “LG”dən geri tələb edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin