Rusiyalı ekspert: "Qara bağ"ın al qırmızı meyvələri - EKSKLÜZİV

Hazırda oxunan: Rusiyalı ekspert: "Qara bağ"ın al qırmızı meyvələri - EKSKLÜZİV

3370

“Strateqikon” Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Aleksandr Xofman II Qarabağ Savaşından sonra bölgədə yaranmış geopolitik reallıqla bağı öz mülahizələrini Bizim.Media oxucuları ilə bölüşüb. Yazını təqdim edirik.

Dağlıq Qarabağdakı son hərbi qarşıdurmanın əsas və aşkar nəticəsi Azərbaycanın hüquq çərçivəsində qəbul edilən ərazi bütövlüyünün “de-fakto” olaraq bərpa edilməsi idi.

Bununla Rusiya Azərbaycanda strateji hərbi əməkdaşlığa nail oldu. Türkiyə, hiss olunan geo-siyasi maraqları çərçivəsində, öz təsirinin gücləndirilməsi istiqamətində, xarici siyasətini yürütmüş oldu və bununla da Ankara ilk dəfə idi ki, postsovet məkanındakı istəklərini nümayişkaranə şəkildə reallaşdırdı.

Mütəxəssislər Ermənistanı və hazırda mövcud olmayan, tanınmayan artsax respublikasını itirən tərəf kimi qəbul etməyə meyillidirlər. İrəvanın siyasi nüfuzuna artıq ciddi zərbə vurulub. Ermənilərin bölgədə yenidən revanş qazanmaq niyyətləri isə növbəti gərginliyin katalizatoru ola bilər.

Mövcud vəziyyətin əsas günahkarı kimi isə sona qədər  Avroatlantik qüvvələrinin vəziyyətə müdaxilə edəcəyinə ümidini qoruyan, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan sayılmalıdır. Son hadisələr zamanı planlaşdırılmamış strateji mövqe Ermənistan baş nazirinin səriştəsizliyini ortaya qoydu.

Avroatlantik birliyi isə ritorika ilə məhdudlaşaraq, Paşinyan hökumətinə Kremlin vasitəçiliyi ilə razılaşmaya heç bir yardım göstərmədi. Beləliklə, erməni ali siyasi sinfi Avroatlantik qüvvələrin dəstəyinin nə dərəcədə "etibarlı" olduğunu görə bildi.

Şübhəsiz ki, bundan sonra "Qərbdən" gözlənilən, lakin gəlməyən köməyin xəyal qırıqlığından başqa bir şey olmadığını anlayan Ermənistanın xarici siyasətində yeni bir baxış formalaşdıracaqdır.

Bir tərəfdən, İrəvan küçələrində aksiya keçirən erməni cəmiyyətinin böyük hissəsi Cənubi Qafqazdakı müttəfiqə lazımi köməkliyi göstərmədiyinə görə rəsmi Moskvanı da günahlandırır. Etirazçılar “Artsax”ın itirilməsində günahı birbaşa  Rusiya hakimiyyətində görür, baxmayaraq ki, bu torpaqlar bütün dünyada Azərbaycan ərazisi kimi tanınır.

Üstəlik, İrəvan özü 26 il ərzində artsaxın müstəqilliyini tanımağa və Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirməyə cəsarət etməyib. Aydındır ki, bu prosesin dondurulmasına əsasən, 1994-cü ildə əldə edilmiş beynəlxalq müqavilələrdir. Yeri gəlmişkən, “artsax”ın İrəvan tərəfindən rəsmi olaraq tanınması və Ermənistana birləşdirilməsi Rusiyanın münaqişəyə birbaşa müdaxiləsi üçün şansları artırırdı.

Yeni reallıqda, "Qarabağ" mövzusu açıq şəkildə “revanş kartlarını” əldə edənə qədər erməni siyasi qüvvələrinin gündəmindəki prioritetlərdən birinə çevriləcək. Bu mövzunun Ermənistanın siyasi həyatındakı əhəmiyyətinin tarixi yaddaşını nəzərə salsaq, "Qarabağ məsələsi" heç vaxt yerli gündəmdən çıxmayacağını əminliklə demək olar.

Yüksək ehtimalla məsələnin revanşla bitməsini təbliğ edən erməni cəmiyyətində ultramilliyyətçi hisslərinin artacağını düşünmək olar. 

Şübhəsiz ki, Ermənistandakı "Qarabağ məsələsi" ndən siyasi məqsədlər güdən qüvvələr, Qarabağdakı sazişinin yenidən nəzərdən keçirilməsini və ya rədd edilməsini ictimai gündəminə gətirəcək, əslində isə, xarici faktorların və vasitəçilərin təsirini nəzərə alasaq, bunun  mümkün olmayacağını düşünmək olar.

Hər halda, regional qüvvələr bölgədə yeni bir gərginliyin yaranmamsı üçün Ermənistanda yaranmış qeyri -sabitliyin qarşısını almalıdırlar.

Əks təqdirdə, “Qara Bağ” yenidən al qırmızı meyvələrlə bar verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin