İngilis alimləri tərəfindən aparılan yeni bir araşdırma onu göstərib ki, gənc qadınlar əgər saatlarla "Instagram"da vaxt keçirsələr, daha çox kosmetik əməliyyat etdirmək istəyəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə məqalə "Body İmage" jurnalında dərc edilib.
"Surrey" Universitetinin sosial psixoloqu Françeska Quitso və onun həmkarları 19-32 yaş arasındakı 247 italiyalı qadın ilə "Instagram"dan istifadə barədə və onların bədənlərindən narazılığı mövzusunda sorğu keçiriblər. Daha sonra hər bir iştirakçıya "Instagram"dan seçilmiş açıq-saçıq geyimlərin və istifadəçilərin müvafiq şərhlərinin olduğu dörd videodan biri göstərilib.
Nəhayət, qadınlar bədənlərindən narazılıq səviyyəsini qiymətləndirdikləri və gələcəkdə estetik əməliyyatlar üçün planlarını paylaşdıqları anketləri doldurublar.
"Bu, psixi sağlamlıq sahəsində tədqiqatların müxtəlif aspektlərini və mümkün risk amillərini bir araya gətirən mühüm bir araşdırmadır", - deyə Françeska Quitso əminliklə bildirib.
Məlum olub ki, "Instagram"da açıq-saçıq şəkillərə baxmaq, bir qayda olaraq, qadınların öz bədənlərindən narazı olmasına gətirib çıxardır.
Yalnız cazibədar olmayan görüntüləri izləyən insanlar arasında belə zərərli təsirlər müşahidə edilməyib. Maraqlıdır ki, qadınlar şərhlərə reaksiya verməyiblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:00 / 22.08.2021
"Instagram" qadınları kosmetik əməliyyatlara vadar edir - AÇIQLAMA
Hazırda oxunan: "Instagram" qadınları kosmetik əməliyyatlara vadar edir - AÇIQLAMA
Hazırda oxunan: "Instagram" qadınları kosmetik əməliyyatlara vadar edir - AÇIQLAMA
33673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.