Bəşər Əsəd: “Müharibəyə mane olmaq üçün hər şeyi edəcəm”

Hazırda oxunan: Bəşər Əsəd: “Müharibəyə mane olmaq üçün hər şeyi edəcəm”

33662

Suriya prezidenti Bəşər Əsəd ölkəsinə hərbi müdaxilənin edilməməsi üçün hər şeyi edəcəyini bildirib. Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, CBS telekanalına açıqlamasında Bəşər Əsəd kimyəvi silah hücumunu rədd edib: “Müharibəyə maneə törətmək üçün hər şeyi edəcəyəm. BMT-nin qrupu Suriyada olan zaman kimyəvi silahdan istifadə edilməsi məntiqlimi?”. 

Öz əsgərlərinin kimyəvi maddənin təsirinə məruz qaldığını iddia edən Əsəd, müxalifətin son 4 ay ərzində onlara raket zərbələri endirdiyini  silahlı müxalif qrupların kimyəvi silah hücumu etdiyi barədə görüntülərinin internetdə yayıldığını deyib. 

Bəşər Əsəd Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrin Suriyanın altını qazmaq istədiyini iddia edib. Suriya lideri Türkiyə hakimiyyətinin “Müsəlman Qardaşları”nın bölgədə hakim mövqeyə gəlməsinin onların lehinə olacağına və bununla da ölkələrinin siyasi gələcəyinə təminat alacaqlarına inandığını da sözlərinə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin