Taliban: “Əfqanıstan Prezidentinin qardaşı bizimlədir”

Hazırda oxunan: Taliban: “Əfqanıstan Prezidentinin qardaşı bizimlədir”

33652

Taliban hərəkatı Əfqanıstanın qaçan prezidenti Əşrəf Qaninin kiçik qardaşı Həşmət Qaninin onlara qoşulduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

"Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qaninin qardaşı Həşmət Qani Xəlil Əl-Rəhman Haqqaninin iştirakı ilə İslam Əmirliyinə sadiqlik andı içdi", deyə Taliban qeyd edib.

Daha əvvəl şənbə günü yerli “Shamshad News” telekanalı Kabildə terror qruplaşmasının yüksək vəzifəli üzvü Xəlil Əl-Rəhman Haqqani ilə Əfqanıstanın keçmiş baş naziri və Əfqanıstan İslam Partiyasının lideri Gülbeddin Hikmətyar arasında görüş keçirildiyini vurğulayıb.

Görüşün təfərrüatları açıqlanmayıb.

Öz növbəsində “RIA Novosti “yə hərəkatdakı mənbənin verdiyi məlumata görə, Taliban siyasi təşkilatının rəhbəri Molla Baradar şənbə günü hökumətin yaradılması ilə bağlı danışıqlar aparmaq üçün Kabilə gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin