“Taliban”ın siyasi lideri Kabilə gəldi - Hökuməti formalaşdıracaq

Hazırda oxunan: “Taliban”ın siyasi lideri Kabilə gəldi - Hökuməti formalaşdıracaq

33623

“Taliban” hərəkatının siyasi qanadının lideri Molla Abdul Qəni Bəradər hökumətin formalaşdırılması istiqamətində müzakirələrin aparılması üçün Kabilə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə AFP “Taliban” rəhbərliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu gün Kabilə gələn Molla Abdul Qəni Bəradər inklüziv hökumətin yaradılması üçün müzakirələr aparacaq.

Səfərin digər detalları açıqlanmayıb.

Qeyd edək ki, “Taliban”ın inklüziv hökumətin təsis edilməsi ilə bağlı ötən həftədən etibarən müzakirələrə başladığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin