ABŞ-da epataj konqresmen hesab edilən Marjorie Green Baydenə üç dəfə impiçment elan edilməsi təklifini irəli sürüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ niyə Əfqanıstandan üz döndərib?
Mənbə səbəblərdən biri kimi Ağ Evin sahibinin 10 min amerikalını Taliban hakimiyyəti altında buraxmasını göstərib.
Ancaq Respublikaçılar partiyasının üzvünün təşəbbüsünün Demokratların hər iki palataya nəzarət etdiyi Konqresdə uğur şansları az hesab edilir.
Green dəfələrlə koronavirus təhlükəsini şübhə altına alıb. Onun nəzəriyyəsi “Twitter” tərəfindən bloklanıb.
Maska rejimini o, Holokost dəhşətləri ilə müqayisə edib, amma sonra üzr istəyib.
Bizim.Media