Körpə əfqanın ABŞ hərbçisinə verilməsi ilə bağlı Pentaqondan İZAHAT

Hazırda oxunan: Körpə əfqanın ABŞ hərbçisinə verilməsi ilə bağlı Pentaqondan İZAHAT

33594

Əfqanıstanın paytaxtı Kabilin hava limanını qoruyan ABŞ hərbçiləri bu ölkənin vətəndaşının xəstə körpəsini atasından alıblar, azyaşlıya tibbi yardım göstərilib və körpə bundan sonra geri qaytarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

O, ABŞ əsgərlərin kütlə arasında kimdənsə körpəni qəbul etmələri, onu divarın üstünə qaldırmaları və aeroportun içinə aparmalarını əks etdirən səs-küylü kadrları izah edib.

"Valideyn dəniz piyadalarından xəstələnmiş körpəyə yardım göstərməyi xahiş etdi. Sizin gördüyünüz dəniz piyadası divarın üstündən əyilərək körpəni alıb, onu hava limanında fəaliyyət göstərən Norveç hospitalına aparıb. Onlar körpəyə tibbi yardım göstəriblər və onu atasına qaytarıblar”, - Kirbi deyib.

O, hərbçilərin hərəkətini humanist akt adlandırıb.

Qeyd edək ki, ABŞ amerikalıların, əfqanların, "risk kateqoriyalarından" olan üçüncü dövlətlərin vətəndaşlarının bu ölkədən çıxarılmasını təmin etmək üçün təxminən 6 000 hərbi qulluqçusunu Kabil hava limanına göndərib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin