Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Türkiyəyə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, XİN başçısı “Twitter”də etdiyi paylaşımda bildirib ki, o, Türkiyə hərbçilərinin Britaniya hərbçiləri ilə birgə Kabil hava limanını qorumaq qətiyyətinə görə türkiyəli həmkarı Mövlud Çavuşoğluna təşəkkürünü ifadə edib.
“Britaniya və Türkiyə təxliyələrin təhlükəsiz şəkildə davam etməsini təmin etmək üçün Əfqanıstanda sıx əməkdaşlıq edir”, - deyə Dominik Raab qeyd edib.
Bizim.Media
UK ?? & Turkey ?? are working closely together in Afghanistan to ensure evacuations can continue safely. I expressed gratitude for Turkish foreign minister @MevlutCavusoglu's commitment to safeguarding Kabul airport alongside our troops.
— Dominic Raab (@DominicRaab) August 19, 2021