Avropa Birliyi ilə Rusiya arasında yeni gərginlik

Hazırda oxunan: Avropa Birliyi ilə Rusiya arasında yeni gərginlik

33445

 

Ermənistanın Gömrük İttifaqına qoşulma qərarı Avropa Birliyinin Qafqaz respublikaları ilə münasibətləri qaydaya salmaqla bağlı bütün planlarını alt-üst edib. 

Moderator.az-ın  "BBC"-yə istinadən verdiyi xəbərə görə, Avropa Birliyi bu ilin noyabr ayında bir neçə keçmiş sovet respublikası ilə yeni əməkdaşlıq yaratmaq üçün danışıqlara başlamağı planlaşdırır, amma Ermənistan çətin ki, onların arasında olsun. 

Qərb mətbuatının yazdığına görə, Ermənistanın bu addımı Avropanın narahatlığına səbəb olub. Çünki, Rusiyanın keçmiş sovet respublikaları üzərində nəzarəti yenidən ələ almağa çalışır. 

Böyük Britaniya mətbuatı yazır ki, Avropa Birliyi ilə assosiasiya yaratmaq haqqında razılaşmalar, əslində ticarətin sadələşdirilməsi üzrə ölçülərin çərçivəsindən kənara çıxır. Çünki yeni qaydaya görə, onlar demokratik standartlara riayət etmə və qurulmuş islahatların keçirilməsi üzrə öhdəlikləri özündə saxlayırlar, halbuki, Gömrük İttifaqında belə qaydalar yoxdur. 

"BBC" qeyd edir ki, Rusiya və Ermənistan ümumi xristian ənənələrinə bağlı olan keçmiş sovet partnyorlarıdır və bu dövlətlər sıx əlaqələrə malikdirlər. Ermənistan əvvəlki kimi Azərbaycanla ərazi mübahisəsi aparır. əhalinin əksəriyyətinin müsəlman olduğu Dağlıq Qarabağ haqqında bəzi müşahidəçilər müxtəlif fikirlər səsləndirirlər. Onların versiyasına görə, Ermənistanın Gömrük İttifaqına daxil olması bu münaqişənin həllinə bilavasitə təsir göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin