İranda iki nəfər edam edilib

Hazırda oxunan: İranda iki nəfər edam edilib

33435

Moderator.az apa-ya istinadən xəbər verir ki, , məhbuslardan biri İlam vilayətində əhalinin gözü qarşısında, digəri isə Kürdüstan vilayətində həbsxanada icra edilib. Belə ki, İlam şəhərinin sakini, yalnız ad və soyadının baş hərfləri qeyd olunmuş 23 yaşlı məhbus ailə münaqişəsi zəminində digər bir gənci qətlə yetirməkdə günahlandırılaraq ölüm cəzasına məhkum edilib.

 Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 4-də səhər saatlarında İlam şəhərinin İmam Hüseyn meydanında icra edilib. Onun 5 ildir həbs cəzası çəkdiyi, doğum tarixinin bəlli olmadığı, hətta yetinlik yaşına (18) çatmamış edam cəzasına məhkum edildiyi ehtimal olunur.

 

Bundan əlavə, Sənəndəc şəhərində bir nəfər dar ağacından asılıb. Məhbusun ad və soyadı da açıqlanıb. Yunis Əsədi təcavüzdə günahlandırılaraq edam cəzasına məhkum edilib və 18 aydır həbs cəzası çəkirmiş. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 4-də səhər saatlarında Sənəndəc şəhərinin həbsxanasında icra edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin