İlin ən yüksək qonorarlı aktyorları - SİYAHI - FOTO

Hazırda oxunan: İlin ən yüksək qonorarlı aktyorları - SİYAHI - FOTO

33421

Deniel Kreyq bu il Hollivudda ən yüksək qonorar əldə edən aktyor olub. 

Bizim.Media xəbər verir ki, bunu “Variety” jurnalının dərc etdiyi məlumatlar göstərir. 

Nəşrin məlumatına görə, Kreyq “Bıçaqları çıxarmaq” (Knives Out, 2019) filminin davamı olan iki ekran əsəri üçün 100 milyon ABŞ dollarından çox qazanıb. 

Ən yüksəködənişli Hollivud aktyorları siyahısında ikinci yerdə “Amazon Studios” üçün “Qırmızı” (Red One) adlı Milad komediyasındakı roluna görə 50 milyon ABŞ dolları qazana biləcək Dueyn Conson qərarlaşıb. 40 milyon dollarlıq qazanc ilə Uill Smit və Denzel Vaşinqton 3-4-cü yerləri bölüşdürüb.

Birinci tennisçi bacılar Vinus və Serena Uilyamsların atasını canlandırdığı “Kral Riçard” (King Richard, 2021) filminə, ikinci isə “Detalları ilə şeytan” (The Little Things, 2021) trillerindəki roluna görə yüksək ödəniş əldə ediblər. 

Leonardo DiKaprio “Yuxarı baxma” (Don`t Look Up, 2021) komediyasındakı roluna görə 30 milyon ABŞ dolları qazanıb. Elə Mark Uolberqin “Spenserin məxfi işi” (Spenser Confidential, 2020) komediyalı döyüş filmi üçün qazancı da eyni həcmdədir. 

Aktrisalar Cennifer Lourens və Culiya Roberts “Yuxarı baxma” və “Dünyanı geridə qoy” filmlərində çəkildiklərinə görə 25 milyon ABŞ dolları qonorar alıblar.

Sandra Bullok “İtirilmiş şəhər D” (The Lost City D), Rayan Qoslinq “Boz insan” (The Grey Man), Kris Hemsvort “Tor: Sevgi və şimşək” (Thor: Love and Thunder), Bred Pitt isə “Sürətli Qatar” (High Speed Train) filmindəki rollarına görə 20 milyon ABŞ dollar əldə edib. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin