Türkiyədə tədris əyani formada olacaq

Hazırda oxunan: Türkiyədə tədris əyani formada olacaq

33420

Türkiyədə sentyabrın 6-dan əyani formada təhsil davam etdiriləcək. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib. 

Türkiyə Prezidenti deyib ki, şagirdlərlə ünsiyyətdə olan, amma yeni növ koronavirusa qarşı (COVID-19) mübarizə çərçivəsində peyvənd olunmayanlardan həftədə iki dəfə test nəticələrinin təqdim olunması tələb ediləcək.

R.T.Ərdoğan deyib ki, universitetlərdə müəllim və digər işçi heyətin arasında peyvəndi qəbul etməyənlərdən də mütəmadi test tələb olunacaq. 

Türkiyə Prezidenti hava və şəhərlərarası ictimai nəqliyyatda, eləcə də konsert və kinoteatr kimi əhalinin kütləvi toplaşdığı məkanlarda PCR testi tələbi tətbiq ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin