"Rusiya müharibədə Suriyaya kömək edəcək" - sensasion bəyanat

Hazırda oxunan: "Rusiya müharibədə Suriyaya kömək edəcək" - sensasion bəyanat

33403

 

“Rusiya indi olduğu kimi, silah göndərməklə və iqtisadi sahədə əməkdaşlıq etməklə Suriya ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək”. Moderator.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin G20 sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. 
V. Putin “Suriyaya hərbi zərbə endirilərsə, Rusiya bu ölkəyə yardım edəcəkmi”, sualını belə cavablandırıb: “Bəli, kömək edəcəyik. Elə indi də kömək göstəririk. Suriyaya silah veririk, iqtisadi sahədə əməkdaşlıq edirik. Ümid edirəm ki, humanitar sahədə əməkdaşlıq daha sıx olacaq, o cümlədən hazırda çox ağır durumda qalmış mülki əhaliyə humanitar yardımlar göstəriləcək”.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin