Kinoların ən baxımlı obrazına çevrilən COKER – Qəddar klounlar haradan hara çatdı?

Hazırda oxunan: Kinoların ən baxımlı obrazına çevrilən COKER – Qəddar klounlar haradan hara çatdı?

33375

Avqustun 16-ı dünyada Coker Günüdür. Coker əvvəlcə sadəcə kart oyununun kağızlarından biri olub və ardınca komisklərdə cinayətkar obrazına çevrilib. 

Bizim.Media xəbər verir ki, Coker klounların qəddar variantıdır. Adətən parlaq qırmızı təbəssüm və yaşıl saçlı olurlar. Betmenin həbsxanadan qaçan düşməni kimi tanınan Coker komiks və kinonun əsas zalım personajlarındandır.

Cokerlər tamaşaçı sevgisinə xarizma, yumor hissi və prinsipsizliyi ilə nail olub. Bu rol müxtəlif aktyorlara həvalə olunub və hərəsi bir cür Coker qatqısı ilə yadda qalıblar. 

Sizar Romero

Kinonun ilk Cokeri əslən kubalı olan amerikan aktyor Sizar Romero olub. Mənfi obrazı o, 1960-cı illərdə canlandırıb. Həmin vaxtda Hollivud Betmeni ekranlaşdırmağı da qərara alıb. Kino və teleseriallar uğusuz alınıb. Ekran əsəri sırf uşaqlar üçün hazırlandığı üçün Cokerlə yanaşı əsas qəhrəmanlar da kloun paltarında olublar. 

Cek Nikolson

1989-cu ilin “Betmen”i ilk uğursuzluqları qismən ört-basdır elədi. Bu dəfə Coker rolu da məşhur Cek Nikolsana həvalə olunsa da, aktyor potensialının 100 faizini ortaya qoymadı. Buna baxmayaraq onun yaratdığı Coker uğur qazandı. 

Hit Lecer 

25 ildən çox zaman kəsiyində Cek Nikolson ən yaxşı Coker hesab olunurdu. Lakin 2008-ci ildə Hit Lecer tamaşaçı sevgisini oğurlaya bildi. “Qara cəngavər” filmindəki Coker ən təhlükəli cinayətkara oxşayırdı. 

Cared Leto

2016-cı ildə “İntihar edənlər bölüyü” filmi tənqid hədəfinə çevrildi. Çünki Cared Letonun yaratdığı Cokerdə Hit Lecerin eyni obrazı təhqir olunurdu. Əsas qınanan nüanslar yeni Cokerin qızıl dişləri, gözlərində linzadır. 

Xoakin Feniks

2019-cu ildə lentə alınan “Coker” filmi isə tarixdə ən çox pul gətirən kinolardan biridir. Xoakin Feniksin Cokeri də kriminala bəraət qazandırdığı üçün qismən tənqid olunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin