Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zohir Ağbar bu gün Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib ki, keçmiş prezident Əşrəf Qani qaçarkən Əfqanıstan büdcəsindən oğurlanan 169 milyon dolları ölkədən çıxarıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “trtrussian” nəşrinin İnstagram səhifəsində yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstan Prezidenti “İnterpol”-un AXTARIŞINDA
Səfir qaçmağı "dövlətə və millətə xəyanət" kimi qiymətləndirib.
Bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi Əşrəf Qani və ailəsinin hazırda bu ölkədə olduğunu “Reuters” agentliyinə təsdiqləyib.
Bizim.Media