Ukrayna Prezidenti Vladimir Zelenski Krımın Kiyevin nəzarətinə "qayıtmasından" sonra Fiolent burnuna getmək və yarımadada bir bakal “Yeni Dünya” şampanını içmək istədiyini deyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, Ukrayna lideri daha əvvəl Ukraynanın Krımı Kiyevin nəzarətinə qaytarmaq üçün hər şeyi edəcəyini söyləyib: “Bunun üçün "Krım platforması" hazırlanıb”.
MÖVZU İLƏ BAĞLI:
"Krım bizim olub, bizim də olacaq” - Şoyqudan Odessa lətifəsi ilə Zelenskiyə CAVAB
“Ukrainskaya Pravda” nəşri Zelenskidən Krımın Ukraynaya qayıtmasından sonra ilk olaraq hara gedəcəyini soruşub:
"Oh-oh-oh, orada çox sevdiyim yerlər var. Qara dənizimizə getmək istəyirəm, həqiqətən də istəyirəm. Fiolent burnu, sonra Kastropol... Sonra bir bakal “Yeni Dünya” şampanı içəcəm". Zelenski cümə axşamı nəşr olunan müsahibəsində belə deyib.
Ukrayna lideri ailəsinin sadə həyat tərzi sürdüyünü və uşaq ikən Krıma getmədiyini, ancaq tələbəlik illərində ona aşiq olduğunu bildirib.
Bizim.Media