BMT-nin Əfqanıstandakı agentlikləri Almatıya köçəcək

Hazırda oxunan: BMT-nin Əfqanıstandakı agentlikləri Almatıya köçəcək

33305

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanda akkreditə olunmuş agentliklərini müvəqqəti olaraq Almatıda yerləşdirəcəklər, çərşənbə günü axşam saatlarında onların dislokasiyası başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat verib.

"BMT daxili siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar Qazaxıstana müraciət edərək UNAMA və BMT-nin Əfqanıstanda akkreditə olunmuş digər agentliklərinin yardım missiyasının Almatıya müvəqqəti köçürülməsini xahiş edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstan vətəndaşlarını Əfqanıstandan təxliyə etdi


Qazaxıstanın BMT ilə hərtərəfli əməkdaşlığı ruhunda və bu təşkilatın tam hüquqlu üzvü kimi öhdəlikləri çərçivəsində Prezident Kasım-Jomart Tokayev BMT-nin müraciətinə dəstək vermək barədə qərar qəbul edib", - deyə XİN-in yaydığı məlumatda bildirilir.

BMT-nin agentliklərinin nə qədər əməkdaşının Almatıya köçürülməsi barədə isə məlumat verilmir.

"Əfqanıstanda vəziyyət sabitləşənə qədər UNAMA-nın və BMT-nin digər agentliklərinin Almatıdakı ofislərinin yerləşmə yeri və gələcək fəaliyyətinin altı aylıq olacağı gözlənilir. İşçilərin yerləşməsi, ofis kirayəsi və digər xərclər tam olaraq BMT büdcəsindən maliyyələşdiriləcək ”, - deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin