Qazaxıstan Hərbi Hava Qüvvələrinə məxsus S-295 hərbi nəqliyyat təyyarəsi Əfqanıstandan təxliyə edilən 42 sərnişini ilə Almatı hava limanına eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Qazaxıstana 10-u uşaq olmaqla 25 nəfər səfirliyin əməkdaşları, bundan əlavə 14 nəfər Qırğızıstan vətəndaşı da təxliyə edilib.
MÖVZU İLƏ BAĞLI:
22 Türkiyə vətəndaşı Əfqanıstandan təxliyə edildi
Bu təyyarədə Qazaxıstan səfirliyinə kömək üçün müraciət edən Rusiya və Litva vətəndaşı da təxliyə edilib.
Qeyd edək ki, Əfqanıstan səfirliyi Qazaxıstanda fəaliyyətini davam etdirir.
Bizim.Media