İranın
şərqində vəba xəstəliyi tüğyan edir. Moderator.az-ın
“Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran Səhiyyə Nazirliyinin
Xəstəliklərin İdarəsi Mərkəzinin rəhbəri Məhəmmədmehdi Quya bildirib ki,
hazırda 64 nəfər vəbaya yoluxub.
Onun sözlərinə görə, vəba xəstəliyi Əfqanıstandan
ölkə ərazisinə daxil olub və əsasən də İrana qeyri-qanuni mühacirət etmiş
şəxslər arasında yayılıb: “Hələlik heç bir İran vətəndaşı bu xəstəliyə
yoluxmayıb”.
M.Quya deyib ki, vəba epidemiyası İranın iki
vilayətində - Sistan və Bəlucistan və Kirmanda nəzərə çarpır: “Hazırda polislər
və şəhər icra başçıları ilə birlikdə işləyir, problemi nəzarət altında
saxlayırıq. Vəba xəstəliyinə yoluxmuş bir nəfər tibb mərkəzinə gec
çatdırıldığından ölüb”.




































































































