Britaniyanın Bakıdakı keçmiş səfiri Əfqanıstanda qəhrəman oldu

Hazırda oxunan: Britaniyanın Bakıdakı keçmiş səfiri Əfqanıstanda qəhrəman oldu

33205

Böyük Britaniyanın Əfqanıstandakı səfiri Lori Bristou ölkəsində artıq qəhrəman kimi tanınır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Daily Mail” nəşri yayıb.

Mənbə yazır ki, britaniyalı diplomat “Taliban” terror təşkilatının Kabili ələ keçirməsindən sonra Əfqanıstandan çıxmalı olsa da, bu addımı atmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Taliban nümayişçilərə atəş açdı – Ölən və yaralananlar var


Lori Bristou Kabil hava limanına köçürülən səfirlikdə qalıb və səfirlik əməkdaşlarının təxliyəsinə şəxsən nəzarət edib.

Britaniyalının bu cür cəsarətli addım atması sosial şəbəkələrdə təqdir olunub. Bir çox istifadəçi Lori Bristounun qəhrəmanlıq nümayiş etdirdiyini bildirib.

Qeyd edək ki, Lori Bristou 2004-2007-ci illərdə Böyük Britaniyanın Azərbaycandakı səfiri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin