BMT: Suriyanı 2 milyon insan tərk edib

Hazırda oxunan: BMT: Suriyanı 2 milyon insan tərk edib

33194
Suriyada davam edən münaqişə səbəbindən 2 milyon insan ölkəni tərk etməyə məcbur olub.
Moderator.az-ın APA-ya istinadən məlumatına görə, bunu BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı açıqlayıb.
 Təşkilatın hesablamalarına görə, qaçqınların sayı hər gün 5000 nəfər artır. Bir il əvvəl qaçqınların sayı 230 670 nəfər təşkil edirdi.
 BMT-nin qaçqınlarla iş üzrə ali komissarı Antonio Qutyereşin sözlərinə görə, Suriya bu gün humanitar fəlakət bölgəsinə çevrilib. Belə ki, qaçqınların 97%-i qonşu ölkələrdə sığınacaq tapıb. Onlardan 110 min nəfəri Misirə, 168 min nəfəri İraqa, 515 min nəfəri İordaniyaya, 716 min nəfəri Livana, 460 min nəfəri isə Türkiyəyə üz tutub. Qaçqınların yarısı 17 yaşına çatmayanlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin