ABŞ Senatı hərbi kontingentə bu qədər vaxt verib
ABŞ
Senatının xarici əlaqələr komitəsi Suriyada hərbi əməliyyatın müddətini 1 ay
artırmaq imkanı ilə 60 günlə məhdudlaşdırılmağı təklif edir.
Moderator.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,
bu barədə məlumatı Politico qəzeti dərc edib.
Həmçinin, senatorların təklif etdiyi
qətnamə layihəsində yerüstü əməliyyatların aparılmasına qadağa qoyulub.
Qeyd edək ki, ABŞ Senatının xarici əlaqələr
komitəsi qətnaməni artıq bu gün səsverməyə çıxaracaq, Nümayəndələr Palatası isə
tam heyətlə sentyabrın 9-dan sonra məsələ ilə bağlı müzakirələrə başlayacaq.





























































































