Ermənistan Gömrük İttifaqına girmək istəyir və daha sonra Avrasiya İqtisadi Birliyinin yaradılmasına qatılmaq fikrindədir.Moderator.az ANS PRESS-ə istinadən bildirir ki, bu barədə Rusiya və Ermənistan prezidentlərinin Moskvada keçirilmiş görüşünün yekununda bildirilir.
"Ermənistan
prezidenti Serj Sarkisyan Ermənistan Respublikasının Gömrük İttifaqına girmək
və bu istiqamətdə lazımi praktiki addımlar atmaq, daha sonra Avrasiya İqtisadi
İttifaqının yaradılmasında iştirak etmək istəyi barədə məlumat verib", -
deyə Rusiya və Ermənistan prezidentlərinin birgə bəyanatında bildirilir.
































































































