Bəşər Əsəd: "İstefaya getmək qaçmaq deməkdir"

Hazırda oxunan: Bəşər Əsəd: "İstefaya getmək qaçmaq deməkdir"

33132

Suriya Prezidenti Bəşər Əsəd şənbə günü Argentina KİV-də dərc olunan müsahibəsində bildirib ki, istefa məsələsinə baxmır və ona öz postunu tərk etməklə bağlı ünvanlanmış çağırışları məqbul saymır. Bu barədə Moderator.az Trend-ə istinadən məlumat verir.

Əsəd kimlərinsə "Suriya Prezidenti istefaya getməlidir" fikrini qeyri-məqbul sayır: "Çünki bunu ABŞ, digər ölkələr və ya terrorçular istəyir. Məni xalq seçib və məhz Suriya xalqı mənim istefaya gedib-getməməyim barədə qərar verməlidir. Bunu isə 2014-cü ildə keçiriləcək seçkilər göstərəcək".

Prezident qeyd edib ki, bundan başqa, indi ölkədə böhran yaşanır: "Gəmi fırtınaya düşəndə, kapitan qaçmır. İstefaya getmək qaçmaq deməkdir".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin