Bəşər Əsəd: Barıt çəlləyi partlayanda hamı vəziyyətə nəzarəti itirəcək

Hazırda oxunan: Bəşər Əsəd: Barıt çəlləyi partlayanda hamı vəziyyətə nəzarəti itirəcək

33130

 Suriyaya zərbə endirilməsi ekstremizmin yayılmasına gətirib çıxaracaq və Yaxın Şərqdə miqyaslı müharibəyə sövq edə bilər. Moderator.az-ın  RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.

B.Əsəd Fransanın "Figaro" qəzetinə müsahibəsində bildirib: "Yaxın Şərq odun yaxınlaşdığı barıt çəlləyidir".

Xaricdən hərbi müdaxilə olarsa, Suriya rejiminin reaksiyasının necə olacağı sualına cavab verən Prezident qeyd edib ki, Suriyanın necə cavab verəcəyindən deyil, ilk zərbədən sonra nə olacağından danışmaq lazımdır:

"Heç kəs nə baş verəcəyini bilmir. Barıt çəlləyi partlayanda hamı vəziyyətə nəzarəti itirəcək, xaos və ekstremizm yayılacaq. Bütün regionda müharibə riski mövcuddur".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin