Türkiyə ilk dəfə yerli və milli imkanlar hesabına mini sualtı qayıq istehsal etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, Türkiyədə keçirilən "İDEF-2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində "STM 500" adlı mini sualtı qayığın layihəsi və xüsusiyyətləri təqdim olunub.
Bildirilib ki, sualtı gəmi 18 nəfərlik heyət və əlavə olaraq 6 nəfərlik xüsusi qüvvə ilə 30 gün müddətində dənizdə tapşırıq icra edə bilər.
Uzunluğu 42, hündürlüyü 8,5 metr olan "STM 500"də 4 ədəd atəşə hazır torpido qurğusu olmaqla ümumilikdə 8 ağır torpido və idarə olunan raket sistemi var.
Çoxfunksiyalı mini sualtı qayıq 250 metr dərinliyə qədər enə bilir.
Mütəxəssislərin fikrincə Egey və Aralıq dənizi kimi dayaz sularda geniş istifadə imkanı olan mini sualtı qayığın ixrac potensialı da böyükdür.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:41 / 17.08.2021
Türkiyə bunu da bacardı: İlk yerli sualtı qayıq hazırlanacaq
Hazırda oxunan: Türkiyə bunu da bacardı: İlk yerli sualtı qayıq hazırlanacaq
Hazırda oxunan: Türkiyə bunu da bacardı: İlk yerli sualtı qayıq hazırlanacaq
33085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.